Əsas Səhifə > Güney Press > Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artırBu gün, 11:58 |
![]() Dövlət Su Ehtiyatları Agentliyi qiymət artımını müzakirəyə çıxarıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov suyun xərcinin borcunu ödəmədiyin dilə gətirib. Onun iddiasına görə, suyun kubmetri quruma 1 manat 91 qəpiyə başa gəlir. Tarifin isə 70 qəpik olduğunu bilirsiniz. Bir növ ictimaiyyəti qiymət artımına hazırlayırlar. Bizimyol.info xəbər verir ki, əslində, əhali bir kubmetr su üçün 1 manat ödəyir. Daha 30 qəpik tullantı sularının axıdılmasına görə tutulur. Yəni tullantı sularının həcmi dəqiq hesablanmır, kor-koranə tarif müəyyənləşdirilib. Dövlət Su Ehtiyatları Agentliyinin iddiasının böyük olduğu görünür. Qurumda hesab edirlər ki, suyun maya dəyəri azı 2,7 dəfə artıqdır. Belə çıxır, agentlik qiymətin azı bu qədər artmasını istəyir. Onda əhali suyun kubmetrinin tullantı ilə birlikdə minimum 2 manata satılmasına hazır olsun. Sosial mediada rəyləri oxuyanda insanları ən çox pis xidmətin yandırdığını müşahidə etmək olur. Abonentlər yazır ki, onsuz da düz-əməlli su üzü görmürlər, üstəlik, onlar qiymət artımı ilə hədələnir. Qarlı günlərdə əhali çox əziyyət çəkir. Bir çox yerlərdə su yoxdur, damlara qoyulan çənlərin boruları donduğundan, adamlar lap ağır situasiya ilə üz-üzə qalıb. Binəqədidə Gülüstan küçəsində yaşayan Təranə Quliyeva İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə səsini çatdırmağa çalışıb. Qarlı günlər başlayandan həmin ərazidə içməli su yoxdur. Müraciətə baxılmır. Bakıda Süleyman Rüstəm küçəsində yaşayan Nigar Ağayeva şəhərin mərkəzində çənə möhtac qaldıqlarını bildirir. Su daimi verilmir, çənin boruları isə donub. Aliyə Əliyeva Bülbülə qəsəbəsində üç gündür susuz qaldıqlarını yazır. Bu müraciətə də hər hansı reaksiya gözə dəymir. Sanki sudan şikayətlərin sayı da artıb. Dövlət Su Ehtiyatları Agentliyi isə bütün bunları görmək istəmir. Əsas odur, qiyməti artırmaq üçün arqumentlər uydurmaq mümkün olsun. Geri qayıt |