Əsas Səhifə > Güney Press > Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər:
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər:Bu gün, 14:02 |
![]() Azərbaycanda aliment öhdəlikləri ilə bağlı ictimaiyyət arasında formalaşan əsas stereotiplərdən biri onun yalnız kişilər tərəfindən ödənilməsidir. Lakin qanunvericilikdə aliment ödəmək öhdəliyi cinsiyyətə görə müəyyən olunmur və kişilərin də aliment alma hüququ nəzərdə tutulur. Bəs, Azərbaycanda aliment alan kişilər varmı? Boşanaraq və ya evli qalaraq aliment alan kişilərlə bağlı statistika necədir? Ümumiyyətlə, kişilər hansı hallarda aliment ala bilərlər? Onlar da boşanmadan aliment tələb edə bilərlərmi? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil İsrafil Əlili bildirib ki, bununla bağlı ölkə üzrə dəqiq statistikanı bilinmir, amma Azərbaycanda qadınların da aliment ödədiyi hallar mövcuddur. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, uşaq atanın himayəsində qalarsa, ana aliment ödəməyə borcludur: “Aliment latın mənşəli söz olub, “qidalanma” mənasını verir. Ümumiyyətlə, alimentin müxtəlif növləri mövcuddur. Təbii ki, ən geniş yayılmış forması uşaqların saxlanılması üçün ödənilən alimentdir. Bir çoxları elə bilirlər ki, aliment yalnız qadına ödənilir. Lakin belə deyil. Əgər məhkəmə qərarı ilə uşaq atada saxlanılarsa, ata digər tərəfdən, yəni anadan aliment ala bilər”. Vəkil bildirib ki, bu hala təcrübədə çox tez-tez rast gəlinmir: “Amma belə nümunələr heç də az deyil və Azərbaycanda da var. Bir sözlə, əgər məhkəmə qərarı ilə uşaq atanın yanında qalarsa, ata anadan aliment tələb edə bilər. Həmçinin, bir çoxları elə bilirlər ki, aliment yalnız boşananda sonra alına bilər. Bu da belə deyil. Boşanmadan da aliment almaq mümkündür. Əgər cütlük rəsmi nikahdadırsa, amma uşaq faktiki atası ilə yaşayırsa, yəni ana onlardan ayrı yaşayırsa və ya məhkəmə qərarı ilə uşağın atanın himayəsində qalmasına qərar verilibsə, ata nikah müddətində də anadan uşağın saxlanması üçün aliment ala bilər”. İsrafil Əlili qeyd edib ki, kişi iki halda aliment ala bilər: “Birincisi, boşanma baş verdikdə və məhkəmə qərarı ilə uşaq atanın himayəsində qalarsa, ikincisi boşanma olmasa da, cütlük faktiki olaraq ayrı yaşayırsa və uşaq atanın yanında qalırsa, kişi qadından aliment ala bilər. Qanunvericiliyə əsasən, hər iki halda alimentin məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir”. Geri qayıt |