Əsas Səhifə > Güney Press, Partiya > Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıbBu gün, 09:38 |
![]() “Toplum TV” işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb. Məlumatlı mənbənin Trend-ə verdiyi xəbərə görə, Ş.Bəylərqızı ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib. Eyni zamanda, o, bütün sualları cavablandırıb və istintaqla əməkdaşlığa da razı olub. Mənbə bildirib ki, bütün bunlar nəzərə alınaraq Ş.Bəylərqızı ev dustaqlığına buraxılıb. Qeyd edək ki, fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir. Geri qayıt |