Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı iki gizli niyyət

Azərbaycana qarşı iki gizli niyyət


Bu gün, 13:04
Azərbaycana qarşı iki gizli niyyət
Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyasının rəhbəri Arman Yeqoyanın son açıqlaması maraqla qarşılanıb. Belə ki, o, rəsmi Bakının öz bəyanatları ilə Ermənistanda konstitusiya islahatları prosesinə mane olduğunu iddia edib. Rəsmi İrəvanın prosesdə vaxt qazanmaq üçün atdığı addımlar fonunda bu qəbildən mövqe nümayiş etdirməsi diqqət çəkir.

Ermənistanın bu yanaşmasının səbəbi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, konstitusiyanın dəyişiridilməsi istiqamətində İrəvanda hazırda aktivlik müşahidə olunur:

“Ermənistanın konstitusiya dəyişikliyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasında əhəmiyyətli mərhələ deyil. Ermənistan özünü dünyada sülhsevər bir ölkə olduğunu göstərməyə çalışır. Və buna görə belə addımlardan istifadə olunur. Ermənistanın bu oyunlarının arxasında iki gizli niyyət var. Birincisi, rəsmi İrəvan kənar təsir olmadan Ermənistanın daxili tələbatı kimi konstitusiya dəyişikliyinə getdiyini vurğulayır. Yəni Ermənistanda bu günə qədər qəbul olunmuş konstitusiyalar saxtakarlıq fonunda, erməni xalqının iradəsi nəzərə alınmadan qəbul olunduğu üçün legitim deyil, guya Nikol Paşinyan yeni legitim konstitusiya təqdim etmək istəyir. İkincisi, konstitusiyada Azərbaycana qarşı olan ərazi iddialarını özündə saxlayan maddələri yeni konstitusiyada əks etdirmək istəyəcəklər”.

Siyasi şərhçinin sözlərinə görə, Paşinyan müxtəlif variantlardan istifadə edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcək:

“Ermənistanın Azərbaycanı sülh prosesində pozuculuqda ittiham etməsinin heç bir əsası yoxdur. Rəsmi İrəvanın atdığı addımlar bu gün prosesin baş tutmamasının əsas səbəbidir. Pozuculuq siyasəti ilə məşğul olub, vaxt qazanıb, sülh müqaviləsinin imzalanmasını ləngidirlər. Azərbaycana qarşı səsləndirilən bu fikirlər də yeni taktikadır. Əsassızdır. Rəsmi Bakıya böhtan atmaqla öz fəaliyyətlərini ört-basdır etmək istəyirlər”.

Geri qayıt