Əsas Səhifə > Güney Press > Çox təəssüf ki, bu işçilərin siyahısında...

Çox təəssüf ki, bu işçilərin siyahısında...


Bu gün, 09:00
Çox təəssüf ki, bu işçilərin siyahısında...
Aşağıda göstərilən işçilərə - ödənişli əmək məzuniyyətləri bu müddətlərdə verilir. Çox təəssüf ki, bu işçilərin siyahısında: Əmək və Müharibə veteranları yoxdur. Hesab edirəm ki, bu işçilərin də əsas məzuniyyətlərinə ən azı 5 təqvim günü əlavə edilməlidir:
1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə - əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
2. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti — 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.
3. Orqanizmin funksiyalarının pozulması - faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşıdək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
4. Azərbaycan Respublikasının: azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə - məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
5. Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)

Geri qayıt