Əsas Səhifə > Güney Press > Deputatdan Ayaz Salayevə ağır sözlər:
Deputatdan Ayaz Salayevə ağır sözlər:Bu gün, 16:12 |
![]() Dil müzakirələri davam edir. Kinorejissor Ayaz Salayevin “Bakı Aktual”da səsləndirdiyi fikirlər onu qınaq obyektinə çevirib. Hər kəs tanınan bir şəxsin öz ana dili haqda aşağılayıcı ritorika ilə danışmasını sərt şəkildə tənqid edir. Globalinfo.az xatırladır ki, Ayaz Salayev sözügedən verilişdə demişdi ki, Azərbaycan dilinə təhlükə rus dilindən yox, türk dilindən gəlir. O, həmçinin bildirib ki, Moskvada rus dilində təhsil aldığı üçün özünü çox xoşbəxt sayır. Fikrini belə əsaslandırıb ki, rus dilində təhsil almasaydı bu səviyyəyə yüksələ bilməzdi. Onun bu çıxışına ziyalılar, dilçi alimlər, jurnalistlər, digər tanınan şəxslər mövqe bildirib. Deputat Hikmət Babaoğlu Prime TV-də A.Salayevi dil haqda səsləndirdiyi fikirlərə görə qınayıb. H.Babaoğlu bu cür düşünən, danışan adamları məşhur qırğız yazıçı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərindəki manqurt personajı ilə müqayisə edib. Deputatın müsahibəsinin həmin hissəsinin videonu təqdim edirik: Geri qayıt |