Əsas Səhifə > Güney Press > Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir

Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir


Bu gün, 13:17
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir
Tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdinin səhhəti ağır olaraq qalır.

Bu barədə Teleqraf-a professorun oğlu Toğrul Mehdi məlumat verib.

"Atamın səhhəti ağır olaraq qalır. Mərkəzi Gömrük Hospitalına gətirmişik, indi dializdədir. Hələ ki xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsi qeyri-müəyyəndir. Dializdən sonra həkim qərar verəcək",- deyə Toğrul Mehdi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalında müalicə alan Niyzi Mehdi daha sonra evə buraxılıb. Alimin ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı amputasiya edilib.

Geri qayıt