Əsas Səhifə > Güney Press > Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq
Qazaxın 3 kəndinin və Kərkinin taleyi belə olacaq19-02-2025, 17:47 |
![]() Ermənistan tərəfi sülh ritorikası fonunda silahlanır. Baş nazir Nikol Paşinyan ötən il sülhün əldə olunacağı ilə bağlı mesajlar versə də, digər tərəfdən Fransa və Hindistandan hücum silahları almaqda davam edib. Bütün bunlar İrəvanın yeni təxribatlara hazırlaşmasından xəbər verir. Bu sözləri Teleqraf-a açıqlamasında Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı deyib. Partiya sədri bildirib ki, bu günlərdə ABŞ-dəki beyin mərkəzlərindən biri də regionda yeni hərbi eskalasiyanın gözlənildiyini açıqlamışdı: “Genişmiqyaslı müharibə olmasa da, Azərbaycan-Ermənistan arasında şərti sərhəd boyu ərazilərdə toqquşmaların olması istisna edilmir. Digər informasiya mənbələri də Ermənistanın şərti sərhəd xətti boyu Azərbaycana qarşı hücuma hazırlaşması haqqında xəbərlər yaymışdı”. Fəzail Ağamalıya görə, Ermənistan baş nazirinin ikibaşlı bəyanatlarına fikir vermədən Azərbaycan yeni təxribatlara və lokal xarakterli müharibəyə hazır olmalıdır: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, öz birliyini qorumalıdır. Sözsüz ki, Ermənistan tərəfindən atılacaq hərbi təxribat xarakterli addımlar onun üçün ağır nəticələrə səbəb olacaq”. “Ermənistan müxtəlif ritoriklara əl atmaqdansa, hələ də nəzarətdə saxladığı Azərbaycanın 4 eksklav kəndini təhvil verməlidir. Görünən odur ki, İrəvan bu istiqamətdə rəsmi Bakının diplomatik səylərinə reaksiya vermək istəmir. Bu halda eksklav kəndlərin (Qazax rayonunun 3 kəndi, Naxçıvanın Kərki kəndi) məsələsi də Azərbaycan Silahlı Qüvvələrinin müdaxiləsi ilə öz həllini tapacaq”, - sabiq deputat bildirib. Geri qayıt |