Əsas Səhifə > Güney Press > Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir
Kredit təşkilatının rəhbərliyində dəyişiklər davam edir19-02-2025, 16:37 |
![]() “FinEx Kredit” BOKT ASC-nin İdarə Heyətinin sədri dəyişdirilib. Banker.az xəbər verir ki, BOKT-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Hacıyev Rəfail Qiyas oğlu İdarə Heyətinin sədri təyin edilib. Buna qədər bu vəzifədə Məmmədova Leyli Calal qızı çalışırdı. Hazırda İdarə Heyətinin digər üzvləri rəsmi olaraq vakantdır. Bundan öncə isə Azad Cəbrayılov Nəriman oğlu və Etibar İsrafilov Nizaməddin oğlu Müşahidə Şurasından ayrılmışdılar. “Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir. Onun nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır: 95% – Şəlalə Tağıyeva 25% – Raminə Allahverdiyeva 63% – Azad Cəbrayılov 83% – Mobil Şərifov 08% – Tokay Şıxəlizadə 75% – Rövşən Məmmədov 63% – Tofiq Cəfərov 25% – Azər Hacıyev 03% – Gülnarə Tağıyeva 63% – Sevil Hidayətova Geri qayıt |