Əsas Səhifə > Güney Press > Zəngəzurla bağlı yeni xəbər:

Zəngəzurla bağlı yeni xəbər:


19-02-2025, 12:50
Zəngəzurla bağlı yeni xəbər:
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan dünən evində Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.

Sabiq prezidentin sözçüsü Arman Musinyanın sözlərinə görə, bir saatdan çox davam edən söhbətdə Ermənistan-Rusiya münasibətləri, regional və daxili təhlükəsizliklə bağlı məsələlərə toxunulub.

Bundan bir neçə gün əvvəl Ter-Petrosyan İranın Ermənistandakı səfiri Mehdi Sübhani ilə də görüşüb. O, iranlı diplomatla bir saat yarım danışıb.

“Yoxlanılan məlumatlara görə, Ter-Petrosyanın diplomatik sahədəki fəallığı Baş nazir Nikol Paşinyanın şəxsi istəyi ilə bağlıdır. Nikol Ermənistanın birinci prezidentinin vasitəçiliyi ilə bu ox ətrafında barışmaq üçün yol tapmağa çalışır.

Digər yandan, Paşinyan KTMT-dən çıxmaqla bağlı həll olunmamış məsələni bağlamalıdır. Baş nazir bununla bağlı onu narahat edən suallara cavab tapmağa, həmçinin Rusiya tərəfi ilə (Zəngəzurdan keçəcək) dəmir yoluna nəzarət məsələsində qarşılıqlı məqbul variantları müzakirə etməyə başlamağa çalışır”, - nəşr bildirir.

Geri qayıt