Əsas Səhifə > Güney Press > “Tramp Rusiya və Ermənistanda dəyişikliyə gedir”
“Tramp Rusiya və Ermənistanda dəyişikliyə gedir”19-02-2025, 12:12 |
![]() ABŞ Rusiyaya paralel olaraq, Ermənistandakı səfirini də dəyişdirəcək. Teleqraf xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib. “Böyük ehtimalla Tramp ABŞ-nin Rusiyadakı səfirini əvəzləyəcək. Onun yerinə, Amerika mətbuatının məlumatına görə, 1980-ci illərdən xidmətdə olan, təxminən 35 illik təcrübəyə malik diplomat təyin edilə bilər. Həmin şəxs ABŞ-nin Moskvadakı səfirliyində işləyib və keçmiş sovet məkanını yaxından tanıyır. ABŞ-nin Moskvadakı hazırkı səfirini hamımız yaxşı tanıyırıq. O, təyinatından əvvəl ABŞ-nin Ermənistandakı səfiri olmuş və tez-tez yüksək rütbəli Ermənistan rəsmilərinin qonağı olan bədnam Linn Treysidir. Məntiq onu deməyə əsas verir ki, Moskvadakı səfir dəyişikliyi ilə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quin də əvəzlənəcək”, - ekspert qeyd edib. Xatırladaq ki, bundan əvvəl Rusiya və ABŞ mediasında Linn Treysinin ABŞ-nin Liviyadakı xüsusi nümayəndəsi Riçard Norlandla əvəzlənəcəyi barədə məlumat yayılmışdı. Geri qayıt |