Əsas Səhifə > Güney Press > Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib19-02-2025, 06:23 |
![]() ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir. APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib. Tramp müvafiq suala cavab verərkən görüşün fevralın sonunda baş tutacağını istisna etməyib. Rusiya liderinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib. Geri qayıt |