Əsas Səhifə > Güney Press > Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir

Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir


17-02-2025, 19:00
Tehran Ermənistandan regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir
İranın regional əməkdaşlıq və beynəlxalq məsələlər üzrə birinci vitse-prezidenti Əli Nəcəfi Xurşudi Ermənistanın bu ölkədəki səfiri Qriqor Akopyanı qəbul edib. Qəbul zamanı Ermənistan-İranın substantiv ikitərəfli gündəliyinə, son regional və beynəlxalq hadisələrə toxunulub.
Tərəflər Ermənistan və İran arasında əlaqələrin dərinləşdirilməsi və hərtərəfli inkişafının zəruriliyini vurğulayıblar.

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran və Ermənistan hakimiyyəti arasında əlaqələr əvvəlki qaydasında davam edir:

“Yəni Ermənistan hakimiyyət dəyişikliyinin rəsmi Tehran üçün heç bir fərqi yoxdur. İran höküməti Azərbaycan torpaqlarını işğal etmiş Ter-Petrasyan, Serj Sarkisyan, Robert Köçəryan və Nikol Paşinyan hakimiyyətiylə eyni çətirdə və istiqamətlərdə münasibətlər qurur. Bu baxımdan İrəvan rəsmilərinin Tehranda görüşləri əvvəlkilərdən heç bir xüsusiyyətinə görə fərqlənmir. Tehran Ermənistandan Azərbaycana təzyiq vasitəsi və regionda üstünlüyünü nümayiş etdirmək üçün istifadə edir. Eyni zamanda Ermənistanın reallaşması mümkün olmayan layihələrini Tehran hakimiyyəti dəstəkləyir”.

Ekspert qeyd edib ki, hətta Tehran hakimiyyəti Azərbaycan-Ermənistan arasında müvəqqəti sərhəd zonasında yerləşdirilən Avropa İttifaqının mülki müşahidə missiyasının fəaliyyətinə də etiraz göstərmir:
“Həmin missiyanın fəaliyyəti bu ilin fevral ayında başa çatırdı, lakin onun mövcudluğu bir müddət uzadıldı. Sözügedən mülki missiyanın İran ərazisində müşahidə aparma ehtimalı istisna olunmur. Tehran hakimiyyəti mülki müşahidə missiyası adlanan qrupun fəaliyyətini özü üçün təhlükə saymır. Həmçinin Tehran hakimiyyəti bu missiyasının region ölkələrinin, xüsusilə də Azərbaycan və İranın razılığı olmadan bölgədə yerləşdirilməsinə belə səsini çıxarmır. Sözügedən hadisələr göstərir ki, Tehran hakimiyyəti Ermənistandan bütün mənalarda Azərbaycana qarşı yararlanmağa çalışır. Sözügedən görüş ilə İran və Ermənistan arasında prespektiv əlaqələrin genişlənməsini, xüsusilə sülh kəşişməsi sayılan layihənin reallaşmasını, Zəngəzur yoluyla bağlı hər iki tərəfin mövqeylərinin eyni olmasını yenidən gündəmə gətirirlər. Digər tərəfdən səfir Qriqor Akopyan regiondakı mövcud vəziyyəti İranın vitse-prezidenti ilə müzakirə edib”.

Geri qayıt