Əsas Səhifə > Güney Press > Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb15-02-2025, 11:42 |
![]() Azərbaycan Ordusunun hissə və bölmələrində fevralın 16-da gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə "DİA-AZ"a Müdafiə Nazirliyindən xəbər verilib. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik". ![]() Geri qayıt |