Əsas Səhifə > Güney Press > “Bunu özümə yaraşdırıram, həyatda belə insanlarla çox rastlaşmışam”

“Bunu özümə yaraşdırıram, həyatda belə insanlarla çox rastlaşmışam”


14-02-2025, 16:02
“Bunu özümə yaraşdırıram, həyatda belə insanlarla çox rastlaşmışam”
“İndiyə qədər oynadığım bütün rollarımı sevmişəm. İstər filmlərdə, istərsə də seriallardakı rollarımdan söhbət gedir. Zatən rolu sevməsən onu oynaya bilmirsən. Bəzi rollar olur ki, rejissor sənə sevdirir. İçində olan amma özünün də bilmədiyin keyfiyyətini rejissor üzə çıxarır. Amma arzusunda olduğum rol var. Killer, dedektiv qız rolu istərdim ki, oynayım. Fikirləşirəm ki, həm bu rolu oynaya bilərəm, həm də özümə yaraşdırıram”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Xəlilbəyli deyib. O daha sonra fikrini belə əsaslandırıb:

“Bu rolu ona görə oynamaq istəyirəm ki, həyatda belə tip insanlarla çox rastlaşmışam. Demək olar ki, bütün həyatım boyu bu cür insanlar məni müşahidə edib. Onların mimikalarını, harada necə davranacaqlarını çox yaxşı bildiyim üçün fikirləşirəm ki, bunları özümdə mənfi qəhrəman timsalında göstərə bilərəm. Nədənsə hər dəfə məsum, sakit qız rollarına dəvət alıram. Heyf ki, rejissorlar hələ məni belə obrazda görmürlər” deyə aktrisa bildirib.

Tanınmış aktrisa ona gələn reklam təkliflərindən də danışıb:

“Hər şeyi reklam etmirəm. O baxır məhsula, onun keyfiyyətinə. Həmin məhsul haqda maraqlanıram, rəyləri oxuyuram. Yaxşı rəylər varsa reklam edirəm. Lazım gələndə özüm də istifadə edib qərar verirəm” deyə aktrisa bildirib.

Geri qayıt