Əsas Səhifə > Güney Press > Kreml Vaşinqtondan izahat gözləyir

Kreml Vaşinqtondan izahat gözləyir


14-02-2025, 15:54
Kreml Vaşinqtondan izahat gözləyir
Rusiya ABŞ-nin vitse-prezident Cey Di Vensin danışıqların nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun Ukraynaya Amerika qoşunlarının göndərilməsini istisna etmədiyi barədə bəyanatına aydınlıq gətirilməsini istəyir.
AzVision.az Rusiyanın “RBK” nəşrinə istinadən bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə açıqlama verib.

“Amerika mətbuatındakı müsahibələrə gəlincə, bunlar mövqeyin yeni elementləridir, biz əvvəllər belə ifadələr eşitməmişik, onlar səsləndirilməyib. Ona görə də, sözsüz ki, məhz qeyd etdiyimiz təmaslar zamanı, təbii ki, biz bəzi əlavə dəqiqləşdirmələr alacağımızı gözləyirik””, - Kremlin sözçüsü vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Cey Di Vens “The Wall Street Journal (WSJ)” nəşri ilə söhbətində ABŞ qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib. Müxtəlif təzyiq imknalarının olduğunu deyən ABŞ-nin vitse-prezidenti bütün variantların “danışıqlar masasında” qaldığını və tərəflərin bağladığı razılaşmanın “çoxlarını şoka sala biləcəyini” iddia edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp danışıqlar zamanı müəyyən məsələlərlə bağlı fikrini dəyişə bilər. Lakin Vaşinqton Moskvanı cəbhədə deyil, danışıqlarda daha çox nailiyyət əldə edəcəyinə inandırmaq niyyətindədir.

Geri qayıt