Əsas Səhifə > Güney Press > Emin Ağalarov konsert verəcək

Emin Ağalarov konsert verəcək


Bu gün, 10:18
Emin Ağalarov konsert verəcək
“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, müğənni Emin Kurqanda çıxış edəcək. O, rayon Filarmoniyasında solo konsert verəcək.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, konsertin təşkilatçısı Elşad Cuvarlinski sənətçinin tamaşanın qonorarını hansı məqsədlərə xərcləyəcəyi haqda danışıb.

“Mən məşhur müğənni Emini Kurqanda çıxış etməyə dəvət etdim. O, rayon filarmoniyasında konsert verəcək. Bütün qonorarı sənətçilərinə, komandasına verir. Özünə bir qəpik də almır. Onunla birlikdə Kurqana 18 nəfər uçacaq”, - Cuvarlinski bildirib.

Emin məşhur hitləri olan “Bakıya qaçaq”, “Sağ ol, ana”, “Mən ən yaxşı həyatı yaşayıram”, “Tender”, “MMM”, “Still” və “Bumeranq” mahnılarını ifa edəcək.

Konsert aprelin 26-da baş tutacaq.

Müğənni Emin kurqanlı prodüser Maksim Fadeyevlə mehriban və işgüzar münasibətdədir. Musiqiçi sənətçi üçün bir neçə mahnıya musiqi və söz yazıb. Onlar “Azərbaycanım” mahnısını da duet oxuyub, ona klip çəkdiriblər.

Geri qayıt