Əsas Səhifə > Güney Press > Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə

Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə


Bu gün, 12:00
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə
Avropaya qanunsuz miqrasiya təşkil etməkdə ittiham olunan iki Ermənistan vətəndaşı həbs edilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, turizm agentliklərindən birinin sahibi və direktoru, eləcə də onun əməkdaşı ölkə vətəndaşını qeyri-qanuni yolla Avropaya göndərmək üçün sənədləri saxtalaşdırıblar. Onlar bu xidmətlərinə görə 3300 avro alıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb, turizm agentliyinin ofisində isə doğum haqqında şəhadətnamələr və pasportların surətləri aşkar edilərək götürülüb.

Geri qayıt