Əsas Səhifə > Güney Press > BDU-nun baş müəllimi vəfat edib
BDU-nun baş müəllimi vəfat edibBu gün, 10:52 |
![]() Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib. "DİA-AZ" xəbər verir ki, bu barədə BDU məlumat yayıb. Qeyd edək ki, İ.Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb. O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib. 2015-ci ildən həmin kafedranın müdir müavini idi. İlham Baxış oğlu Əliyevin tədqiqat sahəsi Azərbaycan və ingilis dillərində saytərkibli söz birləşmələri olub. Geri qayıt |