Əsas Səhifə > Güney Press > Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir...
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir...Bu gün, 08:12 |
Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu tələblərinə hər bir İşəgötürən tərəfindən əməl edilməlidir: İşəgötürən: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə: "işçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Sayı azalmış ştatlar üzrə hansı işçinin işdə saxlanılması zamanı müqayisələr aparılarkən işçinin: peşəkarlığı, təhsili, iş stajı, bilik və ya bacarığı, uğurları, təltifləri, sertifikatları, işə davamiyyəti, mükafatlandırılmaları, intizam tənbehinə cəlb olunma, işə davamiyyətləri, əmək funksiyasını yerinə yetirməsi və digər hallar nəzərə alınmaqla müvafiq müqayisələr əsasında həyata keçirilməlidir.Bir faktı da nəzərə almaq lazımdır ki, işçiyə o səbəbdən ştatların ixtisarı ilə əlaqədar bildiriş verilir ki, onun ştatı ləğv olunur. Bu əsasla əmək müqavilələri ləğv edilərkən hər bir işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70, 71, 77, 78, 79, 80, 83 və 84-cü maddəlsi tələblərinə əməl edilməlifir. Əgər istənilən səbəbdən, eyni müəssisədə, hətta struktur dəyişikliyi zamanı belə işçinin ştatı saxlanılırsa, bu əsasla əmək müqaviləsi ləğv edilə bilməz. Ştatı ləğv olunan işçi bu əsasla işdən azad oluna bilər, ştatı saxlanılan işçi isə işdə saxlanılmalıdır. İşəgötürən: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə: "işçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə əmək müqaviləsini ləğv edərsə, işçi bu qərardan razı qalmazsa, bu barədə İddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.shop) Geri qayıt |