Əsas Səhifə > Güney Press > Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu

Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu


Bu gün, 09:30
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu
Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri hakim komandada narahatlıq yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.

“Cəmi iki gün əvvəl ABŞ-dən qayıdan Nikol Paşinyanın Fransaya səfəri hakim “Vətəndaş Müqaviləsi” Partiyasında narahatlığa səbəb olub. Partiya üzvləri deyirlər ki, Vaşinqtonda soyuq münasibətdən sonra Paşinyan ağır əhval-ruhiyyə ilə Ermənistana qayıdıb və təsəlli kimi Fransa Prezidenti Emmanuel Makronla görüşmək üçün Parisə uçub. Görünür, baş nazir Ermənistanın Avropa İttifaqına qoşulmaq gündəliyinə aydınlıq gətirmək qərarına gəlib”, - məlumatda deyilir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan 3-7 fevral tarixlərində ABŞ-də səfərdə olub. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio tərəfindən qəbul edilməyən Paşinyan yalnız səfərinin son günündə vitse-prezident Ceyms Devid Venslə görüşə bilib. Ermənistan mətbuatı baş nazirin ABŞ səfərini “fiasko və uğursuzluq” adlandırıb.

Geri qayıt