Əsas Səhifə > Güney Press > “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır”
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır”Dünən, 19:10 |
![]() “Rusiya-Ukrayna müharibəsinin başa çatmasını deyil, qaynar fazanın səngiməsini gözləyirəm”. Bunu Reyting.az-a açıqlamasında hərbi analitik Azad İsazadə deyib. Mütəxəssisin fikrincə, etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır: “Bu, bir növ bizim 1993-1994-cü illərə bənzəyəcək. O zaman Azərbaycan və Ermənistan bir neçə dəfə atəşkəsə razılaşsa da, sonra təxribatlar baş verdi, atəşkəs pozuldu. Nəhayət 1994-cü ilin mayında atəşkəs yarandı və uzun müddət davam etdi. Rusiya ilə Ukrayna arasında da buna bənzər prosesin başlayacağını düşünürəm”. A. İsazadə əlavə edib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs həm hər iki tərəf, həm də dünya üçün xeyirlidir: “Əvvəla nəzərə almalıyıq ki, hər iki ordunun hücum və əks -hücum aparmaq üçün gücü yoxdur. Bəli, tərəflər hücum edir, 2-5 kəndi alır, 2-3 kilometr irəliləyir və ya 10-15 min sakini olan şəhəri tuturlar. Bu isə daha çox mövqe döyüşüdür. Amma böyük masştablı hücum üçün tərəflərin heç birinin gücü qalmayıb. Odur ki, atəşkəs hər iki tərəfə sərf edir. Üstəlik, mövqe döyüşləri prinsipial olaraq ümumi axarı dəyişmir və ara yerdə bir nəfərin iddiasına görə, cavan insanlar həyatlarını itirirlər”. Geri qayıt |