Əsas Səhifə > Güney Press > USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib

USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib


9-02-2025, 23:48
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib
ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Əvlakinin kollec təhsili xərclərini ödəyib.

TNS xəbər verir ki, amerikalı jurnalistlər “X” sosial şəbəkəsində ödəniş qəbzinin fotosunu paylaşıblar.

Qeyd olunub ki, həmin şəxs Amerika kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinib. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-nin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.

Xatırladaq ki, fevralın əvvəlində ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən amerikalı sahibkar İlon Musk USAID-i kəskin tənqid edərək agentliyi cinayətkar təşkilat adlandırıb. O, həmçinin USAID-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” kimi təsvir edib. Fevralın 2-də USAID-in saytının və onun “X” sosial şəbəkəsindəki səhifəsinin fəaliyyətini dayandırdığı barədə məlumat yayılıb.
Geri qayıt