Əsas Səhifə > Güney Press > Oğuzda narkotacirlər həbs olundu

Oğuzda narkotacirlər həbs olundu


Bu gün, 12:04
Oğuzda narkotacirlər həbs olundu
Oğuzda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "DİA-AZ"a verilən məlumata görə, keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb. Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Geri qayıt