Əsas Səhifə > Güney Press > Daha hansı məhsullar bahalaşacaq?
Daha hansı məhsullar bahalaşacaq?Dünən, 21:33 |
Azərbaycanda bahalaşma davam edir. Son bir ayda təkcə kərə yağı yenidən bahalaşıb. Belə ki, marketlərdə kərə yağının qiyməti ötən aylarla müqayisədə təxminən 10 faiz artıb. Bu haqda Xəzər TV-nuin reportajında bildirilir. Yanvar ayından etibarən aaş və pensiyalarda artım oldu. Bu da inflyasiyanı tətiklədi. Globalinfo.az-a danışan iqtisadçı Toğrul Maşallı deyib ki, yağın qiymətinin artmasında fərqli yanaşmalar var: “İdxalın payı yüksək, yerli istehsalın payı isə aşağıdır. Eyni zamanda xammal bahalaşması, uzun müddət qiymətin müəyyən qədər sabit saxlanılması, sonra artırılması da bu siyahıya daxildir. Kərə yağı Azərbaycan bazarında bir neçə oyunçunun əlindədir. Bu da istər-istəməz müəyyən qiymət artımlarına səbəb ola bilər. Maaş artımı da bahalaşmalara səbəb olan amillərdəndir. Çünki insanlar bir çox hallarda minimum əməkhaqqı alırlar. Rəsmi məbləğə əsasən bahalaşmanın olması da gözlənilən idi. Lakin əsas amil idxalın bahalaşması, xarici xammaldan asılılıq və sairdir. Bahalaşma yalnız yağda deyil, çörək və digər məhsullarda da müşahidə edilir. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Noyabr ayından etibarən qiymətlər daha sürətlə artmağa başlayıb”. İqtisadçının sözlərinə görə, bu ilin sonuna qədər inflyasiya daha yüksək səviyyədə olacaq: “Bir sıra kommunal tariflərin artırılması da buna təsir edir. Hər kəs – istehsalçı, şirkət elektrik enerjisi, su, qaz və s. istifadə edir. Bunların hər hansının qiymətinin bahalaşması bütün zəncirə təsir edir. Bu gün hamı onlardan asılıdır. İnflyasiya olduqca maaşlar artırılmalıdır deyə bir şərt yoxdur. Doğrudur, indeksasiya keçirilməlidir. Bir çox dövlətlərdə inflyasiya müəyyən səviyyəyə çatdıqdan sonra indeksasiya həyata keçirilir. Bizdə rəsmi inflyasiya dərəcəsi keçən ilin göstəricilərinə görə 3 faiz civarındadır. Orta əməkhaqqı 8 faiz artdığı halda inflyasiya göstəricisi ondan qat-qat aşağı idi. Azərbaycanda əhalinin gəliri çox aşağı, qiymətlər isə bununla müqayisədə yuxarıdır. Bu səbəbdən ərzaq məhsullarına daha çox vəsait xərclənir”. Geri qayıt |