Əsas Səhifə > Güney Press > "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..."

"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..."


Bu gün, 16:55
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..."
“Donald Tramp hakimiyyətə gəldiyi ilk günlərdə İrana qarşı maksimum təzyiq məsələsini işə salıb. qeyd edir ki, “ABŞ-ın "qırmızı cizgi"si İranın nüvə silahı ədlə edə bilməməsi məsələsidir. İran istərsə, bununla bağlı biz danışa bilərik”. Maksimum təzyiq məsələsi və bununla bağlı sərəncamın imzalanması onu göstərir ki, Tramp hakimiyyəti bu məsələyə daha ciddi yanaşacaq. İran rejiminin terror fəaliyyətlərinin dayandırılması, digər ölkələrə qarşı müdaxilə etmə siyasətinin qarşısının alınması, həm də nüvə fəaliyyətinin qarşısının alınması məsələsi gündəmdə olacaq. Bu məsələ ciddi şəkildə müzakirə ediləcək və bununla bağlı operativ siyasət aparılacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, Benyamin Netanyahunun Vaşinqton səfəri və Trampla görüşü, eləcə də Netanyahunun yüksək səviyyədə qarşılanması və mətbuat konfransında verilən açıqlamalar onu göstərir ki, İsrail və ABŞ arasında ortaqlıq daha da möhkəmlənir: “Artıq hər iki tərəf başa düşür ki, İran rejiminin nüvə fəaliyyətləri hərbi yönümlü məqsədlərdir və bu ciddi təhlükələr yarada bilər və bu risklərin qarşısı alınmalı və proses tamamilə dayandırılmalıdır”.

Politoloq hesab edir ki bu prosesdə İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq, təzyiqlər qarşısında müqavimət göstərəcək. Sadiq İsabəylinin fikrincə, İsrail bu məsələdə geri çəkilmək fikrində deyil və maksimum dərəcədə İsrail çalışacaq ki, bu məsələnin qarşısını ciddi şəkildə alsın.

“İran rejimi bölgədəki terror təşkilatlanması əsasında İsrailə təzyiq göstərməyə çalışırdı. Amma bu terror təşkilatları “Hizbullah”, “HƏMAS”, Suriya rejimi bunların hamısı ya aradan qaldırılıb, ya da gücsüzləşdirilib. Bu səbəbdən də İranın terror təşkilatlanmalarından istifadə imkanları çox zəifləyib və bu kart əlindən alınıb”-deyən Sadiq İsabəyli hesab edir ki, İran rejimi rahat şəkildə yerində oturmaq fikrində olmadığı üçün hərbi müdaxilə də gözləniləndir.

Geri qayıt