Əsas Səhifə > Güney Press > Yeni nazir bu məşhur alimin oğludur
Yeni nazir bu məşhur alimin oğludurBu gün, 16:19 |
Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur. "DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir. Anar Əliyevin anası İradə Əliyeva uzun illər jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır. Geri qayıt |