Əsas Səhifə > Güney Press > Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilibBu gün, 08:34 |
![]() Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən R.Abbasov və K.Piriyev saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “DİA-AZ”a verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Abbasov və K.Piriyev 15 sutka inzibati qaydada həbs edilib Geri qayıt |