Əsas Səhifə > Güney Press > Azərbaycanda bu məhsullar
Azərbaycanda bu məhsullarBu gün, 15:23 |
![]() Statistika göstərir ki, gigiyenik məhsulların qiyməti hər il orta hesabla 10-15 faiz artır. Gigiyenik salfetlər diş məcunu sabun və yuyucu tozlar qiyməti artan məsullar kateqoriyasındadır. Bu məhsullar gündəlik həyatımızın hissəsi olduğundan qiymət artımı da narahatlıq yaradır. Bəs görəsən bu bahalaşmaya səbəb nədir? İqtisadçı Xalid Kərimli bahalaşmanı idxalla o cümlədən benzin və dizelin bahalaşması ilə əlaqələndirib. O bu barədə "Xəbərin olsun" verilişinə açıqlamasında bildirib: "Azərbaycanda gigiyena məhsulları bazarı idxaldan asıldır. Yerli istehsal yoxdur. Olan istehsal isə sadəcə qablaşdırma ilə məşğuldur. İdxal məhsulalrının qiyməti bahalaşdıqca qiymət artımı da qaçınılmaz olur. Benzin və dizelin də bahalaşması bütün iqtisadiyyatda bahalaşma təsir edir. Daşıma xərcləri artır. Bu da qiymət artımına səbəb olur". Ekspert bildirib ki, alıcılar bu cür məhsulları xarici ölkələrdən də sifariş edə bilərlər. \milli.az Geri qayıt |