Əsas Səhifə > Güney Press > Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildiBu gün, 12:13 |
![]() Astara rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv olunub. Tribunainfo.az xəbər verir ki, Astara şəhərində İctimai yaşayış binalarının əsaslı təmirini əhatə edən müsabiqəni AİİBNDX ləğv edib. Qeyd edilir ki, Astarada bir sıra binaların təmirini həyata keçirməyə İcra Hakimiyyəti 138.342 manat pul ayırıb. Ləğvə səbəb isə qanunun bəzi tələblərinin pozulması göstərilir. Xatırladaq ki, Astara İcra Hakimiyyətinin tenderlərinin ləğvi sistemli şəkil alıb. Ötən il hətta bir neçə tender məhz gizli sövdələşməyə və rərəmlərin şişirdilməsinə şübhə yaranması səbəbindən ləğv edildiyi qeyd edilmişdi. Geri qayıt |