Əsas Səhifə > Güney Press > Bakıda qadını şantaj edən şəxs tutulub

Bakıda qadını şantaj edən şəxs tutulub


Bu gün, 12:00
Bakıda qadını şantaj edən şəxs tutulub
Bakıda qadını şantaj edən şəxs tutulub.

“DİA-AZ” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, paytaxt sakini 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4 min 500 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşları hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlını saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Geri qayıt