Əsas Səhifə > Güney Press > AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib

AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib


Dünən, 17:52
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib.

AMEA-dan "DİA-AZ"a verilən məlumata görə, Rüfət Mir-Qasımov 17 ap­rel 1940-cı il­də Ba­kı şə­hə­rin­­də ana­dan ol­muş­dur. Mosk­va Döv­lət Uni­ver­si­te­ti­nin Fi­zi­­ka fa­kül­tə­si­ni bi­tir­miş­­dir (1963). Elm­lər na­mi­zə­di (1969), elm­lər dok­to­ru (1979) el­mi də­rə­cə­lə­ri­ al­­mış, 1989-cu il­də AEA-nın müx­­bir üz­vü se­çil­miş­dir.

AEA Fi­zi­ka İns­ti­tu­tun­da (1963-1965) iş­lə­miş, 1965-ci il­dən Bir­ləş­miş Nü­və Təd­­qi­­qat­la­rı İns­ti­tu­tun­da (Dub­na, Ru­si­ya) apa­rı­cı el­mi iş­çi və­zi­fə­sin­də ça­lı­şmış, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirmişdir.

Rüfət Mir-Qa­sı­mo­vun təd­qi­qat­la­rı əsa­sən ele­men­tar zər­rə­cik­lər fi­zi­ka­sı və sa­hə nə­zə­riy­yə­si­nə həsr olun­muş­dur. Lo­kal kvant nə­zə­riy­yə­si­nə al­ter­na­tiv kvant sa­hə nə­zə­riy­yə­si­nin qu­rul­ma­sı onun mü­hüm nə­ti­cə­lə­rin­dən bi­ri­dir. Alim bu­ra­da Plank sa­bi­ti və işıq sü­rə­ti ilə ya­na­şı, ye­ni uni­ver­sal sa­bit – fun­da­men­tal uzun­lu­ğu da da­xil et­miş­dir. Bu nə­zə­riy­yə çər­çi­və­sin­də yük­sək ener­ji­lər­də ye­ni fi­zi­ki ha­di­sə­­lə­rin möv­cud­lu­ğu proq­noz­laş­dı­rıl­mış­dır.

Rüfət Mir-Qa­sı­mov rel­ya­ti­vist kon­fi­qu­ra­si­ya­lı fə­za kon­sep­si­ya­sı əsa­sın­da iki cis­min rel­ya­­ti­vist prob­­le­mi­nə ya­naş­ma üsu­lu­nu ver­miş və Şre­din­ger kvant me­xa­ni­ka­sı­nı in­ki­şaf et­dir­­miş­dir. Lo­rens qru­pun­da Ka­zi­mir ope­ra­to­ru­nu rel­ya­ti­vis­tik his­sə­­cik­lər ara­­sın­­da mə­sa­fə ki­mi in­terp­re­ta­si­ya et­miş və bu­nu kvant me­xa­ni­ka­sı mə­sə­lə­lə­ri­nin həl­li­nə tət­biq et­miş­dir. Bu in­terp­re­ta­si­ya və Fur­ye ay­rıl­ma­la­­rın­dan is­ti­fa­də et­­mək­lə fə­za­nın rel­ya­ti­vis­tik kon­­fi­qu­ra­si­ya­sı­nı qur­muş və bu­­nun­la da dal­ğa tən­lik­­lə­ri­nin həl­lin­də di­ffe­ren­si­al he­sab­la­­ma­lar­la ya­na­şı, son­lu fərq­lər üsu­lu­nun tət­bi­­qi­nin də sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı­na na­il ol­muş­dur. Bu ya­naş­ma pro­ton mo­de­­li­nin, kvark mo­del­lə­ri­nin, yük­sək ener­ji­lər­də ad­ron­­la­­rın ya­yıl­ma­sı, rel­ya­ti­vis­tik nü­və fi­zi­ka­sı və s. təd­qi­qat­lar­da ge­niş tət­bi­qi­ni tap­mış­dır.

Alim həm­çi­nin kvant sa­hə nə­zə­riy­yə­si­nin ha­mil­ton təs­vi­rin­dən is­ti­fa­də et­mək­lə işıq ko­nu­­sun­da di­na­mi­ka­nın təs­vi­ri üçün sə­mə­rə­li üsul iş­lə­miş və tət­biq et­miş­dir. Kvant sa­hə nə­zə­riy­yə­sin­də kva­zi­po­ten­si­al ya­naş­ma əsa­sın­da rel­ya­ti­vis­tik kvant me­­xa­­ni­ka­sı­nın son­lu-fərq va­ri­an­tı­nı in­ki­şaf et­dir­miş­dir. Rel­ya­ti­vis­tik kvant me­xa­­ni­ka­sı çər­çi­və­sin­də sə­pil­mə nə­zə­riy­yə­si və kvant me­xa­ni­ka­sın­da is­ti­fa­də olu­­nan ya­xın­laş­ma­la­rın ana­loq­la­rı­nı qur­muş, son­lu-fərq tən­lik­lə­rinin xas­sə­lə­ri­nə əsas­la­na­raq, kvark­la­rın kon­fayn­ment (tu­tu­lub sax­lan­ma) me­­xa­niz­mi­ni tək­lif et­miş­dir.

Kvant fə­za­sı kon­sep­si­ya­sı­nı in­ki­şaf et­dir­miş, Şre­din­qer tən­li­yi­nin bir sı­ra də­qiq həl­lə­ri­ni tap­mış­dır.

Rüfət Mir-Qa­sı­mov 150-dən çox el­mi əsə­rin mü­əl­li­fi­ idi.

Geri qayıt