Əsas Səhifə > Güney Press > Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək

Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək


Bu gün, 15:31
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək
Azərbaycan Texniki Universiteti, Türkiyə-Azərbaycan universitetinin müəllimlərinin aviabilet və mehmanxana xərclərinin satınalınması ilə əlaqədar yeni tender elan edib.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, xərclərin qarşılanması ilə bağlı tenderin ehtimal olunan qiyməti isə 973 milyon 559 min manatdır.

Belə ki, tenderdə, 4 il 3 ay müddətinə 3 ulduzlu hoteldə qonaqlama və 580 ədəd aviabilet xərclərinin ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tenderdə iştirak haqqı 450 manat təşkil edir və müsabiqə 25 fevral 2025-ci ilə qədər davam edəcək.

Geri qayıt