Əsas Səhifə > Güney Press > Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"?

Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"?


Bu gün, 15:20
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"?
Avropa İttifaqı Ermənistandakı müşahidə missiayasının mandatını uzatmaqla regionda gərginliyin qorunub saxlanılmasında maraqlı olduğunu göstərir. İki il əvvəl şərti sərhədə gətirilən Avropa müşahidəçiləri əllərində binokl vasitəsilə Azərbaycan tərəfə boylanmaqla məşğuldurlar. Müşahidəçi adı altında əsasən Fransa və Almaniyanın casus şəbəkəsinin bölgəyə yerləşməsi Qərbin maraqlarına uyğun həyata keçirilib. Üstəlik, Avropaya heç bir aidiyyatı olmayan Kanadanın da Ermənistana müşahidəçi göndərməsi, kollektiv Qərbin anti-Azrəbaycan ritorikasından xəbər verir.

Mövzu ilə bağlı keçmiş xarici işlər naziri KONKRET.az-a açıqlamasında bildirib ki, bütün bunlar siyasi ineksiya daşıyan məsələdir:

“Birincisi missiyanın fəaliyyəti hələ də lazımi şəkildə təşkil olunmayıb. Problem ondan ibarətdir ki, missiya Ermənistan ərazisində fəaliyyət göstərməlidir. Sual yaranır, Ermənistanın ərazisi hardadır və onun konkret sərhədləri haradan keçir? Bütün bunlar hamısı danışıqlar predmetidir. Azərbaycan isə qəti şəkildə bildirir ki, sizin Ermənistanda hansısa fəaliyyətlə məşğul olmağınız öz işinizdir. Amma gəlib ermənilərin təsiri altında “bura Ermənistan sərhədidir”, deməyə ixtiyarınız yoxdur. Çünki iki ölkə arasında sərhəd müəyyən olunmayıb. Əsas problem bununla bağlıdır. Mənə elə gəlir ki, yaxın vaxtlarda bu missiyaya maraq azalacaq. Məsələ burasındadır ki, Fransanın Ermənistan siyasəti indiki mərhələdə o qədər də aktual deyil. Baxın, missiyanın tərkibində Kanadadan gələn müşahidəçilər də yer alıb. İndi Kanadanın Amerika ilə ciddi problemləri baş qaldırıb. Deməli, kanadalılar üçün bu mövzu aktuallığını itirəcək. Digər ölkələr də həmçinin bu işdən bezib geri çəkiləcəklər. Ona görə də, bu qərarlar və atılan addımlar ineksiya xarakteri daşıyır. Əminəm ki, bu missiyaya maraq qısa müddətdə səngiyəcək”.

Daha sonra Zülfüqarov Aİ müşahidə missiyasının Azərbaycan sərhəddində gərginliyə səbəb ola biləcək addımlarından da danışıb:

“Onlar vaxtaşırı Azərbaycan tərəfə baxmaqla guya Ermənistana dəstək nümayiş etdirirlər. Əgər sərhəd müyyən olunmayıbsa, orada onların fəaliyyəti təhlükəsizliyə xidmət etmir. Aİ missiyasının sərhəddəki fəaliyyəti birbaşa gərginliyin artmasına xidmət edir. Azərbaycan tərəfini də bütün bunlar qane etmir və biz narazıyıq”.

Geri qayıt