Əsas Səhifə > Güney Press > Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu

Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu


Bu gün, 12:24
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi tenderin nəticələri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrə məlumat yayılıb.
Qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işlərinin satın alınması prosesi reallaşdırılmalı ildi. 5.468.819,40 manat dəyərində olan bu layihənin ləğv edilməsinə səbəb isə Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərar olub.
Rəsmi qaynaqlarda bildirilir ki, AİİBNDX Əmlak Məsələləri Dövlət Xidmətinin tenderi qaydalara uyğun keçirmədiyini, rəqəmin bir qədər şişirdildiyini və “Dövlət satınalmalar haqqında” qanunun müvafiq bəndlərini pozmasını əsas gətirib.

Geri qayıt