Əsas Səhifə > Güney Press > Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıqBu gün, 12:16 |
Ermənistan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bütün proqramlar və mümkün sektorlardan istifadə edərək tədricən inkişaf etdirməyi planlaşdırır. “Report” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan "Armenpress"ə müsahibəsində deyib. "Bəzən proseslərə daha kreativ yanaşmaq lazımdır. Bizim yanaşmamız Avropa İttifaqı ilə əməkdaşlığın tədricən inkişaf etdirilməsi, bütün proqramlar və mümkün sektorlardan istifadə edilməsindən ibarətdir. Xüsusilə bütün imkanlardan maksimum istifadə ideyası istiqamətində hərəkət etməliyik", - o, rəsmi İrəvanın Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etmək planları ilə bağlı suala şərh verərkən bildirib. P.Ovannisyan, Ermənistanın Aİİ-də olarkən 2017-ci ildə Aİ ilə Ermənistanın Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini (CEPA) imzaladığı vəziyyəti xatırladıb. Onun sözlərinə görə, o zaman bu da qeyri-mümkün görünürdü. "Təcrübəmdə müxtəlif vəziyyətlərdə "qeyri-mümkün" sözünü dəfələrlə eşitmişəm. İlk dəfə CEPA ətrafında vəziyyət idi ki, o zaman Avrasiya İqtisadi İttifaqına qoşulmaqla Aİ ilə sazişin heç bir perspektivi olmayacağı düşünülürdü. Lakin biz bu assosiasiya sazişinin daha yüngül versiyasını əldə edə bildik", - P.Ovannisyan qeyd edib. O vurğulayıb ki, Ermənistan hakimiyyəti problemlər yarandıqca həll edir: "Problemli vəziyyətlər yarananda biz onları bu mərhələdə həll edirik. İndi bu baxımdan yanaşmamız mərhələlidir. Avropa İttifaqı ilə yaxınlaşmamız məhz belə bir süjetə malikdir". Geri qayıt |