Əsas Səhifə > Güney Press > "Bu, bir təsadüf deyildi"
"Bu, bir təsadüf deyildi"Bu gün, 10:10 |
Xalq artisti Aygün Kazımova "Etiraf" klipi ilə bağlı daha bir sirri açıqlayıb. Axşam.az xəbər verir ki, Pop kraliça ekran işinin 5 dəqiqə 4 saniyə olmasının səbəbini açıqlayıb. Kazımova bildirib ki, bir müddət əvvəl 54 yaşı tamam olub. Klipin də 5 dəqiqə 4 saniyə olması bundan irəli gəlib. "Bu, bir təsadüf deyildi" deyə, müğənni söyləyib. Qeyd edək ki, "Etiraf" Türkiyədə Selim Akar tərəfindən ekranlaşdırılıb. Pop kraliça həyatından bəhs edən klipi ad günündə təqdim edib. Ekran işi 1 həftəyə 905 mindən çox izlənilib. Geri qayıt |