Əsas Səhifə > Güney Press > Panama geri çəkildi,

Panama geri çəkildi,


Bu gün, 12:49
Panama geri çəkildi,
Panama Prezidenti Xose Raul Mulino ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlardan sonra bildirib ki, hökumət Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı anlaşma memorandumunu yeniləməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “PBS Nyus” məlumat yayıb.

“Layihəni vaxtından əvvəl başa çatdırmaq imkanlarını araşdıracağıq”, - Mulino bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Marko Rubio Panama kanalının qaytarılması və ya güc tətbiqi ilə bağlı təhdid etməyib.

Qeyd edək ki, Panama Çinin “Bir kəmər, bir yol” layihəsinə 2017-ci ildə qoşulub.

Geri qayıt