Əsas Səhifə > Güney Press > Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyirBu gün, 11:57 |
Ermənistan sülhdən danışıb, ən azı 2027-ci il fevralın 19-a qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir. “Report” xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Elman Nəsirov deyib. O xatırladıb ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb: “Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və ordakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdırlar?”. E.Nəsirov vurğulayıb ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz. “Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevirilmıəsi istisna deyil”, - o deyib. Geri qayıt |