Əsas Səhifə > Güney Press > Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcəkBu gün, 10:45 |
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il fevral ayının 7-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "DİA-AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinləri qəbul ediləcək. "Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur", - məlumatda vurğulanıb. Geri qayıt |