Əsas Səhifə > Güney Press > Ailəsi Lalə Şövkətin
Ailəsi Lalə ŞövkətinBu gün, 17:29 |
Keçmiş dövlət katibi, fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri Lalə Şövkətin səhhətində müəyyən irəliləyiş var. Bu barədə Modern.az-a açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib. "Lalə xanımım səhhəti yaxşılaşır. Xeyli irəliləyiş var, Allaha şükür. Hazırda yeriyə bilir",- o deyib. Xatırladaq ki, Sidqi Şövkət bir müddət öncə saytımıza açıqlamasında anasının hərəkət qabiliyyətinin itirdiyini demişdi: "Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur. Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa, səhhəti daha da pisləşər”. Lalə Şövkət Hacıyeva 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb. Azərbaycan Liberal Partiyası 2023-cü ildə fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. Geri qayıt |