Əsas Səhifə > Güney Press > Paşinyan sülh layihəsindən danışdı

Paşinyan sülh layihəsindən danışdı


Dünən, 17:26
Paşinyan sülh layihəsindən danışdı
“Ermənistan və Gürcüstan regional inkişafda fəal rol oynayır. Sülh layihəsi bu reallığı nəzərə alır və bunun üçün çox konkret faydalar verə bilər”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında deyib.

Baş nazirin sözlərinə görə, 2024-cü il qlobal və regional problemlər ili olsa da, Gürcüstan və Ermənistan harmonik həll yolu tapa biliblər.

“Bizim əməkdaşlığımız hazırkı çətin geosiyasi fona baxmayaraq, diqqəti mühüm məsələlərə yönəltmək strategiyasına əsaslanır. Gələcəkdə bir-birimizi dəstəkləyəcəyik və əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”, - N.Paşinyan əlavə edib.

Geri qayıt