Əsas Səhifə > Güney Press > Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib

Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib


29-01-2025, 15:39
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti deportasiya ilə üzləşən 1,5 milyona yaxın miqrantın siyahısını dərc edib. Onların arasında Azərbaycan vətəndaşları da var.
AzVision.az xarici medianın yaydığı məlumatlara istinadən xəbər verir ki, ABŞ-dən çıxarılması planlaşdırılanların siyahısında digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı var.

Türkiyə vətəndaşlarının Meksika-Amerika sərhədini qeyri-qanuni keçmələrinin artması 2022-ci ildə baş verib və həmin vaxt Amerikanın “News Nation” telekanalı xüsusi süjet də hazırlamışdı.

Həmçinin sosial şəbəkələrdə Amerika immiqrasiya orqanının keçmiş SSRİ ərazisinə 337, keçmiş Yuqoslaviya məkanına isə 845 qeri-qanuni mühacirin deportasiya etməyi planlaşdırdığına diqqət yetirilib.

Eyni zamanda, vətənə göndərilməsi planlaşdırılan ən çox miqrant Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El-Salvador vətəndaşlarıdır. ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin “qara” siyahısında 37 908 çinli və 17 940 hindistanlı da yer alıb.

Geri qayıt