Əsas Səhifə > Güney Press > Karate Federasiyasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib

Karate Federasiyasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib

Dünən, 10:32
Karate Federasiyasının 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirilib
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının (AKF) 2024-cü ilin yekunlarına dair ümumi yığıncağı keçirildi. "DİA-AZ" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ötən ilin yekunları ilə bağlı danışan Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev qazanılan uğurlar barədə məlumat verib. İdmana dövlət tərəfindən daim diqqət və dəstək göstərildiyini vurğulayan federasiya rəhbəri bildirib ki, bu qayğını hər zaman yüksək qiymətləndirmək lazımdır. O, 2025-ci ildə idmançılardan daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb. AKF-nin vitse-prezidenti Füzuli Musayev 2025-ci ilin idmançılar üçün daha uğurlu keçəcəyinə inandığını bildirib.
Baş katib Qabil Sayadov federasiyanın 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat verib.
Sonra ötən ilin ən yaxşıları, eləcə də karate idman növünün işıqlandırılmasında yaxından iştirak edən media qurumları mükafatlandırılıb.

Geri qayıt