Əsas Səhifə > Güney Press > Vəziyyət kəskinləşir

Vəziyyət kəskinləşir


29-01-2025, 10:19
Vəziyyət kəskinləşir
Ermənistan hökuməti Belarusla diplomatik əlaqələrin kəsilməsini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Nə Baş nazir Nikol Paşinyanın aparatı, nə də Ermənistan Xarici İşlər Nazirliyi Belarus Prezidenti Aleksandr Lukaşenkonun son bəyanatlarına cavab verib. Yarım ildir Ermənistandan Belarusa heç bir rəsmi səfər olmayıb. İrəvan öz səfirini Minskdən geri çağırıb, buna səbəb Lukaşenkonun 44 günlük müharibədə Azərbaycanın qələbəsini dəstəkləməsi olub. Rəsmi mənbənin bildirdiyinə görə, bu günlərdə Ermənistan-Belarus diplomatik əlaqələrinin kəsilməsi məsələsi müzakirə olunur. Digər yandan, Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinin icazəsi olmadan belə bir bəyanat verməyəcəyini də anlayırlar”, - erməni nəşri yazıb.

Mənbə Rusiya-Ermənistan münasibətlərinin də kəskinləşdiyini bildirib:

“Yeri gəlmişkən, Paşinyanla Putin arasında son telefon danışığının çox sərt olduğu barədə məlumat var, baxmayaraq ki, Paşinyan Avropa İttifaqına üzvlüyün Rusiya ilə münasibətlərdən imtina demək olmadığını iddia edir. Amma Putin onunla çox quru danışıb ki, bu addım Ermənistanı yaxşı yerə aparmayacaq. Ona görə də ola bilsin ki, Paşinyan Lukaşenkoya qarşı konkret addımlar atmasın, bir neçə axsaq bəyanatla kifayətlənsin”.

Xatırladaq ki, Belarus lideri son bəyanatında Paşinyanı Ermənistanı məhvə aparmaqda, bölgədə müharibəni qızışdırmaqda və 2020-ci ildə Azərbaycanla 44 gün davam edən savaşa səbəb olmaqda ittiham etmişdi.

Geri qayıt