Əsas Səhifə > Güney Press > Rusiya KİV-ləri Azərbaycana iftira ata bilər, bizim media Bakıdakı “Rus Evi”nin əsl fəaliyyəti barədə yaza bilməz?
Rusiya KİV-ləri Azərbaycana iftira ata bilər, bizim media Bakıdakı “Rus Evi”nin əsl fəaliyyəti barədə yaza bilməz?28-01-2025, 13:06 |
Bir sıra Azərbaycan KİV-lərində yayılan bir məlumat Kremlin xoşuna gəlməyib. Belə ki, yerli mediada Bakıda “Rus Evi” adı altında Rusiya xüsusi xidmət orqanlarının (“Rossotrudniçestvo”) fəaliyyət göstərməsi barədə məlumat yayılıb. Bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi görüşə dəvət edərək, Rusiya Federasiyasına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Qaluzin və Mustafayevin görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir: “Azərbaycan KİV-lərində son vaxtlar Rusiya əleyhinə çıxan bir sıra nəşrlər, eləcə də Bakıda “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub”. Maraqlıdır ki, arqument kimi Qaluzin Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsində nəzərdə tutulan strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Öz hava məkanında AZAL-ın təyyarəsini vuran və bütün vasitələrlə məsuliyyətdən yayınmağa çalışan Rusiya birdən-birə Moskva Bəyannaməsini xatırlayaraq Azərbaycan mətbuatının anti-Rusiya yönümlü olması ilə bağlı Azərbaycana qarşı iddialar irəli sürməyə cəsarət edir. Qaluzin Rusiya ərazisində ermənipərəst KİV-lərin fəaliyyət göstərməsindən xəbərdardırmı? Onlar hər gün Azərbaycana çamur atır, Azərbaycan xalqını təhqir və böhtana məruz qoyur, bizi bütün günahlarda ittiham edirlər. Bu ermənipərəst KİV-ləri sadalamağa ehtiyac yoxdur, çünki Rusiya hakimiyyətinin özü də baş verənlərdən xəbərdardır və üstəlik, bu nəşrlərin anti-Azərbaycan fəaliyyətinə nəzarət edir və istiqamətləndirir. Biz hələ “Rusiya Erməniləri İttifaqı” ictimai təşkilatının fəaliyyətini demirik. Bu təşkilatın rəhbəri, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş Ara Abramyan vaxtaşırı Azərbaycan əleyhinə bəyanatlar verir. Bundan əlavə, Rusiya dövlət büdcəsindən maliyyələşən və aktiv anti-Azərbaycan yönümlü olan “Sputnik” informasiya agentliyinin Ermənistan bölməsinin Rusiya redaksiyasının fəaliyyətini misal çəkmək olar. Üstəlik, bu nəşr yaxın vaxtlara qədər Azərbaycanla informasiya müharibəsinin önündə gedirdi. “Sputnik”in baş redaktoru Marqarita Simonyan isə vaxtilə Rusiyanın Ukraynaya təcavüzünün simvolu olan “Z” hərfinin Qarabağda görünməsindən cılız bir sevinc hissi keçirdi və ağılsızcasına ümidini bildirdi ki, bir gün Azərbaycanın bu ərazisi Rusiyanın tərkibinə daxil olacaq. Bütün bunlar Moskva Bəyannaməsinin ruhuna zidd deyil, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmir və millətlərarası nifaq salmır? Söhbət ondan gedirsə, Qaluzin öz mövqeyinə görə bilməlidir ki, Rusiya nəşrləri yuxarıdan gələn göstərişlərə əməl edərək, AZAL-ın təyyarəsinın qəzası məsələsində Azərbaycanı və onun rəhbərliyini qəsdən ləkələyir, ictimaiyyətin diqqətini bu hadisələrin əsl səbəblərindən yayındırmaq üçün təhrif olunmuş məlumatlar yayırlar. Bu vəziyyətdə sual ortaya çıxır: niyə Rusiya KİV-ləri öz auditoriyasına anti-Azərbaycan xarakterli məlumatlar çatdıra bilər, amma Azərbaycan nəşrləri Bakıdakı “Rus Evi”nin əsl fəaliyyəti barədə yaza bilməz? AYNA.az Geri qayıt |