Əsas Səhifə > Güney Press > Paşinyan separatçıları ona görə müdafiə etmir ki...

Paşinyan separatçıları ona görə müdafiə etmir ki...


Dünən, 18:12
Paşinyan separatçıları ona görə müdafiə etmir ki...
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda hərbi cinayətlərdə ittiham edilən separatçıların “qaytarılması” üçün hansı addımların atılmasına dair suala cavabında bildirib ki, o, vətənpərvərlik duyğularını təmin edən bəyanat verə bilər, lakin həmin şəxslər bunun təsirini və nəticələrini həbsxanada hiss edəcəklər.

Paşinyanın açıqlamasına münasibət bildirən “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi-şərhçi Aydın Quliyev TNS-ə deyib ki, Baş nazirin Paşinyanın bu suala cavabı real və praqmatik xarakterlidir: “Açıq hiss olunur ki, o, bu cavabı müəyyən edərkən ölkədəki qisasçı, şovinist, militarist qüvvələri çox qıcıqlandırmadan sülh prosesinin indiki vəziyyətinə zərər verə biləcək hec bir ifadəni dilə gətirməməyə çalışıb. Ola bilər ki, Ermənistanda bəzi dairələr bu cavaba görə Paşinyanı vətənpərvər olmamaqda, ölkənin milli mənafeyini müdafiə etməməkdə qınasın. Amma düşünürəm ki, o, ən doğru cavabı verib. Çünki indiki şəraitdə Bakıda məhkəməsi gedən erməni əsilli separatçıların barəsində əsaslı ittihamlar var. Paşinyan bu əsasların üzərinə getməkdə çox çətinlik çəkir. Başa düşür ki, Bakıda mühakimə olunan şəxslərin əməllərində çox böyük cinayət tərkibi var, bunlara heç bir halda haqq qazandırmaq mümkün deyil. Belə şəraitdə Paşinyanın onların açıq müdafiə mövqeyində dayanması da düzgün olmazdı. Amma hər halda nəzərə alıb ki, bu şəxslərin bəziləri Ermənistan vətəndaşı olaraq, həm də onun təbəələri sayılır. Ermənistanda kimin bəyənib-bəyənməməyindən asılı olmayaraq, Paşinyan bu sualın qarşısında mümkün olan ən doğru cavabı verib”.

Geri qayıt