Əsas Səhifə > Güney Press > Ermənistan Qərbin əlində oyuncağa çevrilib
Ermənistan Qərbin əlində oyuncağa çevrilibDünən, 14:00 |
“44 günlük müharibədən sonra döyüşlərdə iştirak etmiş 14 minə yaxın əsgərin psixoloji sağlamlığı təhlükədədir”. Bunu Ermənistanın “Qəhrəmanların Reabilitasiya Şəhəri” mərkəzinin rəhbəri Suren Akopyan deyib. O, müharibədən sağ qayıdan əsgərlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı heç bir işin görülmədiyini bildirib: “İl hələ yeni başlayıb və mən yenə əsgərlərə göstərilən etinasız davranışla bağlı narazılıq edirəm. Döyüşlərdən qayıdan minlərlə əsgərin psixoloji sağlamlığı təhlükədədir. Kiçik psixoloji problemlərə vaxtında müdaxilə edilməsə, bu, ciddi psixi xəstəliyə çevriləcək. 4 ildir dövlət qurumları və bu sahə üzrə mütəxəssis olan şəxslər sanki tədbir görülürmüş kimi mənzərə yaradırlar. Lakin ortada heç nə yoxdur. Onların sosial həyata inteqrasiyası, işə cəlb olunmasına problem yaranır. Şirkət rəhbərləri bizneslərinin zərər görməməsi üçün susurlar, onlarla bağlı hər hansı addım atmırlar, ya da işə qəbul etməkdən çəkinirlər. İldən-ildən onlar üçün müalicə imkanları daha da mümkünsüz olur. Əsgərlər qısamüddətli müalicəyə belə cəlb edilməyiblər. Vəziyyət çox narahatedicidir, onları belə çarəsiz qoymaq cinayətdir”. Erməni cəmiyyəti və ordusunda real vəziyyəti əks etdirir. Normal dövlətlərdə ordu xalqın qurur yeri kimi götürülsə də, Ermənistanda bunun tamamilə əksi müşahidə edilir. Qeyd olunanlar da deqradasiya prosesinin hələ çox çəkəcəyini göstərir. Politoloq Abutalıb Səmədov da “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan vətəndaşları öz orduları ilə qürur duymur və duya da bilməz: “Əgər 44 günlük müharibədə 11 mindən artıq fərari oldusa və Ermənistan tarixinin ən ağır məğlubiyyətini yaşayıbsa, belə ordu ilə qürur duymaq qeyri-mümkündür. Fərariliyin kökündə inamsızlıq dayanır. Əgər əsgər Ali Baş Komandanına, öz dövlətinə, gücünə inanırsa, o əsgər heç vaxt fərari olmaz. Çox təəssüf ki, hazırda Ukraynada da analoji vəziyyət hökm sürür. 115 mindən artıq gəncə fərariliyə görə cinayət işi açılıb. Halbuki hamımız Ukrayna xalqının, əsgərinin qəhrəmanlığından danışmışıq”. Politoloqun sözlərinə görə, ordunun döyüş qabiliyyətini artırmaq üçün mütləq bu sahədə hökm sürən abu-hava köklü şəkildə dəyişdirilməli, ölkənin müdafiə qabiliyyəti təmin edilməlidir. Ermənistan hökuməti isə qərbin əlində oyuncağa çevrilib. Əsgərlərin problemləri, psixoloji sağlamlıqları onları maraqlandırmır: “Ümumiyyətlə, Ermənistandakı revanşist çıxışlar erməni cəmiyyəti yox, bir qrup siyasətçilər tərəfindən səsləndirilir ki, bu da onların populizmə meyilləri ilə əlaqədardır. Ağlı başında olan hər bir erməni başa düşür ki, təkbaşına revanş qeyri-mümkündür. 90-cı illərdə Azərbaycan torpaqlarını Ermənistan ordusu işğal eləmədi axı? Rusiya torpaqlarımızı işğal edib Ermənistana verdi. Ermənistanın bu gün də Azərbaycanla razılaşa bilməməsinin, sülh sazişindən yayınmasının səbəbi də qərbdən gələn təlimatlardır. Əgər himayədarlarından tapşırıq gəlsə, Ermənistan qeyd- şərtsiz Azərbaycanla sülh sazişi imzalayacaq”. Geri qayıt |