Əsas Səhifə > Güney Press > Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq

Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq


Bu gün, 13:03
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq
Avropa İttifaqının (Aİ) NATO kimi öz ordusuna ehtiyacı yoxdur, üstəlik bu alyans Aİ-nin 27 üzv ölkəsini birləşdirir.

“Report” xəbər verir ki, bunu Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.

O qeyd edib ki, NATO və Aİ sıx əməkdaşlıq etməlidir.

"Biz NATO-nun etdiyini təkrarlamamalıyıq. Aİ-də bizim 27 ordumuz var və onların hamısı birgə əməkdaşlıq etdiyimiz kollektiv müdafiəyə öz töhfəsini verməlidir. Hər ölkənin müdafiə planlaması və müdafiə büdcəsi var. Buna görə də biz Avropa ordusuna ehtiyacımız olduğunu deyə bilmərik, lakin NATO və Aİ-dən söhbət gedəndə bizə bu 27 üzvün birlikdə çox yaxşı işləməsi lazımdır", - Kallas qeyd edib.

Geri qayıt