Əsas Səhifə > Güney Press > Ermənistan-Azərbaycan sərhədində son durum:

Ermənistan-Azərbaycan sərhədində son durum:


Bu gün, 10:30
Ermənistan-Azərbaycan sərhədində son durum:
Tavuşdan xəbər var ki, dünəndən Azərbaycanla sərhədin demarkasiya işlərinə başlanılıb. Bəzi şəxslər Ermənistan-Azərbaycan-Gürcüstan sərhədlərinin kəsişməsində əraziyə baxış keçirir. Dünən bir neçə saat ərzində tərəflər ölçmə aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, Baş nazir Nikol Paşinyan bundan az əvvəl Tavuş qubernatoru Hayk Qalumyanı fevralın 10-dək məzuniyyətə göndərib:

“Dünən qubernatorun müavini Vahe Qalumyandan demarkasiya prosesinə başlanılıb-başlanılmadığını soruşduq, bundan xəbərinin olmadığını söylədi.

Sərhədin delimitasiyası komissiyaları ötən həftə prosesin şimaldan bərpa olunacağını bəyan eləsə də, başqa təfərrüatları açıqlamayıblar. Məsələn, komissiyalar hansı prinsiplə irəliləyəcək, ərazi mübadiləsi olacaqmı və sair məlum deyil”.

Geri qayıt